6437d102eacc9202304235306
Yusif Eyvazovla çəkdirdiyi fotoya görə işdən qovuldu

Məşhur belarus dirijoru Vyaçeslav Çernuxo-Voliç Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsindən azad edilib.

OLAY yazır ki, işdən çıxarılma Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni direktoru, Xalq artisti Yusif Eyvazovla çəkdirdiyi fotoya görə baş verib.

“Ukrayinska Pravda” qeyd edir ki, V. Çernuxo-Voliç və Y. Eyvazovun birgə şəkli mədəniyyət ictimaiyyətində kəskin reaksiyaya səbəb olub.

Ukrayna mətbuatı da bunları qeyd edir: “Yusif Eyvazov Rusiyanın təcavüzünə dəstək verdiyinə görə Ukraynada sanksiyalar altında olan Anna Netrebkonun əri imiş”.

13.04.2023 13:52
show 1230