photo_43886111
Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı - VİDEO
Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala vilayətinin Bozcaada bölgəsində Komor adaları bayrağı altında üzən "Anadolu" adlı gəmiyə atəş açıb.

Qlobal.net modern.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. 

Bozcaadanın 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda üzən gəmiyə atəş açılması nəticəsində ölən və yaralanan olmayıb.

Gəmidə 18 nəfər olub. Onlardan 6-sı Misir, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır.

Hazırda gəmini Türkiyənin iki sahil mühafizə gəmisi müşayiət edir.

10.09.2022 22:37
show 202