Yunan salatı necə hazırlanır? - Resept

Yunan salatı necə hazırlanır? - Resept

Yunan salatı (Horiatiki salatı) sadə və ləzzətli bir salat növüdür. Bu salatın əsas tərkibi təzə tərəvəzlər, feta pendiri və zeytun yağıdır.

Yunan salatı həm yüngül bir nahar kimi, həm də yeməklərin yanında istifadə edilə bilən bir garnitür kimi təqdim edilə bilər.


Lazım Olan Ərzaqlar:

  • Reyhan - zövgə uyğun
  • Bolqar bibəri - 1 ədəd
  • Zeytun - 15 ədəd
  • Xiyar - 300 qram
  • Zeytun yağı - 3 xörək qaşığı
  • İstiot - zövgə uyğun
  • Cəfəri - zövgə uyğun
  • Pomidor - 500 qram
  • Baş soğan - 1 baş
  • Duz - zövgə uyğun
  • Feta pendiri - 150 qram


Hazırlanma Qaydası:

  1.  Pomidor və xiyar doğranır, dərin qaba yığılır. Baş soğan halqa şəklində doğranır. Bolqar bibəri uzunsov doğranır, pomidor və xiyara əlavə edilir. Qabın içinə salat yarpağı salınır və doğranmış tərəvəzlər üstünə yerləşdirilir. Pendir kub şəklində doğranır və zeytunla birgə tərəvəzlərin üstünə qoyulur. Üstünə zeytun yağı tökülür, duzlanır, istiotlanır.


Servis

Yunan salatı dərhal servis edilə bilər. Yanında təzə çörək və ya lavaş təqdim etmək yaxşı seçimdir.

27.12.2024 21:28
show 130