67ab2e84659b9202502250332

Yumurta yemək ürək xəstəlikləri riskini azaldırmış

Həftədə altı ədəd yumurta yediyini  bildirənlərdə kardiovaskulyar xəstəliklərə bağlı ölüm riski 29% daha aşağıdır.

Qlobal.net bildirir ki, yeni bir araşdırmaya görə, müntəzəm olaraq yumurta istehlakı, böyüklər arasında ürək  xəstəlikləri ilə bağlı ölüm riskini aşağı salır.

Həftədə bir ilə altı yumurta istehlak etdiyini bildirənlər, ayda iki dəfə və ya daha az yumurta yeyənlərlə müqayisədə hər hansı bir səbəbdən ölüm riskinin 15% daha aşağı olduğunu göstərib.

Yumurta zülal və B vitaminləri, folat, doymamış yağ turşuları, yağda həll olunan vitaminlər (E, D, A və K), xolin və bir çox minerallar kimi əsas qida maddələrinin mənbəyidir.

Bununla belə, yumurta istehlakı uzun müddət yüksək xolesterolu olan insanlar üçün narahatlıq mənbəyi hesab olunurdu. Bu, qan damarlarının tıxanmasına səbəb olaraq insanların ürək problemləri və ya iflic keçirmə ehtimalını artıra bilər.

Monash Universitetində epidemiologiya və profilaktik tibb sahəsində müəllim olan Holly Wild verdiyi açıqlamada “Nəticələrimiz, həftədə altı ədəd yumurta yemənin yaşlı böyüklərdə bütün səbəblərdən və kardiovaskulyar xəstəliklərdən (KVX) ölüm riskini azalda biləcəyini göstərir,” deyib.


Səbinə

Qlobal.net



12.02.2025 09:56
show 68