“Yumun ağzınızı” – Səidə Bəkirqızı

“Əməkdar artist Cabir İmanovun ölümündə mənə ən çox təsir edən bilirsiniz nə oldu? O. vəfat edəndən sonra onun arxasınca bəzilərinin dediyi sözlər oldu”.
Qlobal.net xəbər verir ki, bunu aparıcı Səidə Bəkirqızı deyib.
“Ən asan işdi ölünün arxasınca danışmaq. Bilirsən axı, məzardan qalxıb sənə cavab verməyəcək. Bir insan haqqında sağlığında fikirlərinizi deyə bilmirsinizsə, onun qarşısına çıxıb onunla bağlı düşüncələrinizi ifadə edə bilmirsinizsə, öləndən sonra da ağzınızı yumun. Kənardan yaxşı görünmürsünüz. Mənfi fikirləri yazanlar, “mənə filan şey etmişdir” deyənlər, zamanında “mərdliyinizi” niyə göstərmirdiniz? Niyə qarşısına çıxıb sözlərinizi demirdiniz? Cabir İmanov kifayət qədər ictimaiyyət arasında olan insan olub. Onun sağlığında “şir ürəyiniz” olmayıbsa, indi onun haqqında danışmaq bir kişiyə, nə bir xanıma yaraşmaz.”
Посмотреть эту публикацию в Instagram