11.03.2021
17:28
4650

Yüksək vəzifəyə təyin olunan 26 yaşlı Bəxtiyar İslamov kimdir? - DOSYE

Loading...

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib. Bu barədə YAP-dan bildirilib. YAP-ın Gənclər Birliyinin bu gün keçirilən iclasında Bəxtiyar İslamov sədr seçilib.

 
AZXEBER.COM yeni sədrin tərcümeyi-halını təqdim edir: 
Bəxtiyar Qabil oğlu İslamov 31 avqust 1995-ci ildə anadan olmuşdur.

2001-2012-ci illərdə Bakı şəhəri, Nəsimi rayon 42 saylı orta məktəbində təhsil almışdır.

2012-ci ildə ADA Universitetinin Biznesin İdarə Edilməsi fakültəsinə daxil olmuşdur. 

2014-cü ildə Avstriyanın Vyana şəhərində Vyana Diplomatik Akademiyasında Beynəlxalq İqtisadiyyat üzrə mühazirələrdə iştirak etmişdir.

2014-cü ildə Macarıstanın Budapeşt şəhərində Corvinus Universitetində İqtisadi Əməkdaşlıq üzrə mühazirələrdə iştirak etmişdir.

2014-cü ilin yanvar ayından noyabr ayınadək "ADA Student Government”də ictimai əlaqələr departamentinə rəhbərlik etmişdir.

2014-cü ilin Fevral və Mart aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 3 saylı "ASAN xidmət” mərkəzində könüllü çalışmış və 1-ci dərəcə ilə fəaliyyətini başa vurmuşdur.

2014-cü ilin iyul və avqust aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq və İnkişaf idarəsində təcrübə keçmiş və təcrübəsini yüksək dərəcə ilə tamamlamışdır.

2015-ci ildə Bakı şəhərində keçirilən 1-ci Avropa Oyunlarının Əməliyyat Komitəsində Supervayzer kimi çalışmışdır.

2014-cü ilin sentyabr ayında "ASAN Könüllüləri” Təşkilatında Təlim sektoru üzrə Koordinator fəalliyyətinə başlamışdır.

2014-cü ilin oktyabr ayından "ASAN Könüllüləri” Təşkilatının Könüllülərlə İş departamentinin rəhbəri vəzifəsində çalışıb.

"ASAN Könüllüləri" Təşkilatınının Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş departamentinin rəhbəri vəzifəsində çalışıb.
 
O daha sonra "ASAN Könüllüləri" Təşkilatının sədri vəzifəsində çalışıb. 

İngilis və İtalyan dillərini bilir. 
Loading...