6457318615f71202305230510
Yük avtomobili evakuatora çırpıldı: 2 mikroavtobusu, 9 avtomobili əzdi - 12 ölü, 31 yaralı - FOTO - VİDEO

Türkiyənin Hatay vilayətində tormoz sistemi sıradan çıxan yük avtomobili evakuatora çırpılıb.

Bundan sonra əks yola çıxan yük maşını içində əsgərləri yola salan sakinlərin olduğu 2 mikroavtobus və 9 minik avtomobilini əzib. Hadisə nəticəsində 12 nəfər ölüb, 31 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.

***

Türkiyənin Hatay bölgəsinin Belen rayonunda yük maşını yoldan çıxaraq yaxınlarını hərbi xidmətə yola salan izdihama çırpılıb.

İnsident nəticəsində altı nəfər faciəli şəkildə ölüb, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı yol kənarında dayanan iki mikroavtobus da alışaraq yanıb.

Hazırda ağır qəzanın baş vermə səbəbləri araşdırılır.

07.05.2023 09:15
show 583