04.10.2021
21:43
56

Yolu keçmək istəyən qadını maşın vurdu

Loading...

Şirvanda yolu keçmək istəyən 51 yaşlı qadını avtomobil vurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1970-ci il təvəllüdlü Ağayeva Gülbəniz Allahqulu qızı yolu keçmək istəyən zaman onu "VAZ 2107" minik avtomobili vurub.

Ağır xəsarətlər alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...