Avto

Yolda maşının təkəri partlayarsa, nə etmək lazımdır?

Təkərin partlaması hər bir sürücünün qarşılaşa biləcəyi təhlükəli hallardan biridir. Xüsusilə yüksək sürətlə hərəkət zamanı baş verərsə, avtomobilin idarəetməsini itirmək çox asandır. İlk və ən vacib qayda — panikaya düşməməkdir.

Qlobal.net bildirir ki, əgər dərhal əyləci basarsınızsa və ya sükanı kəskin çevirsəniz, maşın dartılaraq yoldan çıxa bilər.

 Sükanı möhkəm saxlayın

Təkər partladığı an maşın bir tərəfə dartılacaq. Ona görə sükanı bərk saxlayın və istiqaməti düz saxlamağa çalışın.

  • Kəskin hərəkətlər etməyin.

  • Maşını zərbəsiz şəkildə yolda saxlamaq əsas məqsəddir.

 Əyləci birdən-birə basmayın

Bir çox sürücü panikadan əyləci güclü basmaq səhvini edir. Bu, avtomobilin balansını pozur.
Bunun əvəzinə:

  • Akkeleratoru yavaşca buraxın.

  • Maşın tədricən sürət itirərək dayanacaq.

  • Avtomatik transmissiyalı avtomobildə “N” (neytral) rejiminə keçmək faydalıdır.

 Təhlükəsiz yerə keçin

Maşın sürəti azaldıqdan sonra:

  • Yavaşca kənara və ya yolun sağ hissəsinə keçin.

  • Təhlükə işıqlarını (avarika) yandırın.

  • Arxadan gələn nəqliyyata xəbərdarlıq üçün təhlükə nişanını (üçbucaq) 20–30 metr məsafədə qoyun.

Təkəri dəyişdirin və ya kömək çağırın

Əgər təkər tamamilə sıradan çıxıbsa, onu yolda dəyişmək lazımdır. Bunun üçün:

  1. Maşını sabit səthdə saxlayın.

  2. Əyləc çəkisini (ruçnoyu) çəkin.

  3. Ehtiyat təkəri, krik və açarı hazırlayın.

  4. Təkəri dəyişdirib vintləri bərkitdikdən sonra yavaş sürətlə yaxınlıqdakı servisə gedin.

Əgər təkər çox zədəlidirsə və ya ehtiyat təkəriniz yoxdursa — evakuator və ya yol yardım xidməti çağırın.

Gələcək üçün profilaktika

Təkər partlamasının qarşısını almaq üçün:

  • Təkərlərin təzyiqini mütəmadi yoxlayın.

  • Köhnəlmiş təkərləri vaxtında dəyişin.

  • Təkərlərdə çat və deşik olub-olmadığını izləyin.

  • Yükü normadan artıq daşımayın.

Bu sadə qaydalar yolda təhlükəsizliyinizi xeyli artıracaq.

Murad
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button