Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının I tağımının əməkdaşları körpə uşaqla yolda qalan xanım sürücüyə köməklik göstərib.
Bununla bağlı görüntüləri həmin xanım sürücü sosial şəbəkəldə paylaşıb.
O bildirib ki, 99-YP-755 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilində xidmət edən yol polisi əməkdaşları ona yardım edib.
Belə ki, oğlu ilə avtomobildə hərəkətdə olarkən uşaq acıyıb. Ana uşağı yedirmək üçün avtomobili yolda saxlamağa məcbur olub. Yol polisi əməkdaşları qəza baş verməsin deyə təqribən 30 dəqiqə onun avtomobilinin yanında gözləyib.
Xanım sürücü yol polisinin bu nümunəvi hərəkətini yüksək qiymətləndirib və onlara təşəkkür edib.
Avtosfer.az həmin görüntüləri təqdim edir: