Bakıda yol polisinin etdiyi hərəkəti qeydə alan şəxs həmin videonu sosial şəbəkədə paylaşıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99-YP-316
qeydiyyat nişanlı yol patrul xidməti avtomobilinin əməkdaşı xidmət
zamanı yoldakı tıxacı aradan qaldırıb. Hava limanı yolunda baş verən
yüngül qəza zamanı avtomobil yolun hərəkət hissəsində qalıb. Nəticədə
həm digər sürücülərə təhlükə yaranıb, həm də yolda tıxaca səbəb olub.
Bunu görən polis əməkdaşı hərəkət iştirakçılarının təhlükəsizliyini
təmin etmək məqsədilə qəzalı vəziyyətdə olan avtomobili təkbaşına yoldan
kənara çıxarıb və avtomobilin təxliyyə edilməsi üçün əraziyə evakuator
çağırıb.
Onun bu hərəkəti sosial şəbəkə izləyiciləri tərəfindən alqışlanıb. (avtosfer.az)