cabbar

“Yerlə göy bir olsa da, barışmaram” – Cabbar

Müğənni Cabbar Musayev küsülü olduğu həmkarından danışıb. 

Bu haqda ifaçı “Həmin Zaur” proqramında söhbət açıb. İfaçı ad çəkməsə də onunla heç vaxt barışmayacağını deyib: 

“Biri mənə “zəhrimar” deyəndə, “can” deyirəm. Üçüncü dəfə deyəndə, elə ağır cavab verirəm ki, dediyim “canlar” ona qənim olur. İnsan səhv edə bilər. Çalışırsan ki, onu yola verəsən. Görürsən ki, mümkün deyil. Onda elə beton tökürsən ki, bir də sənə cavab verməsin. Yerlə -göy bir olsa da, barışmaram. Elə doğmam var ki, onunla belə barışmaram, o da qala həmin adamla. Elə adam var ki, varlığını hiss etmirəm. Büdrəyəndə ona kömək edirsən, dəfələrlə edirsən. Üçüncü dəfə büdrəyəndə, baxırsan ki, niyə oldu? Onda özün vurursan”. 

Qeyd edək ki, C.Musayev illərdir həmkarı Elxan Şirinovla küsülüdür. Onlar arasındakı qalmaqala səbəb mahnı olub. (axsam.az)


27.05.2024 07:20
show 762