Yerkökünün bilmədiyiniz əks təsirləri
Yerkökü bədəndə A vitamininə dönüşən yüksək səviyyələrdə beta karoten ehtiva edir. Sevərək istifadə etdiyimiz yerkökünün sağlamlığımıza bir neçə yan təsir göstərdiyini bilirdinizmi?
Qlobal.net bildirir ki, Yerkökü mükəmməl bir tərəvəzdir və şübhəsiz ki, ümumi qidalanma rejiminizin bir hissəsi olmalıdır. Lakin, həddindən artıq qəbul edildikdə bəzi yan təsirləri ola bilər. 1.Uşaqlar üçün təhlükəlidir.
Bəzi tədqiqatlar, Yerkökünün kiçik uşaqlar üçün təhlükəsiz olmadığını sübut edir. Buna görə də, uşaqlara yerkökünü kiçik dilimlər şəklində verilməsi vacibdir.
2.Allergik reaksiyalara səbəb ola bilər.
Yerkökü bəzilərinə həddindən artıq yan təsir göstərə bilər. Bu yan təsirlərdən bəziləri; dəri döküntüləri, ishal, anafilaktik reaksiyalar, ürtiker və şişlikdir. Yerkökündə olan allergenlər, çiyələk, kartof, fındıq və xardalda olanlara bənzəyir. Əgər bunlardan birinə allergiyanız varsa, Yerkökü istehlak edərkən diqqətli olmalısınız.
3.Dəridə rəng dəyişiklikləri.
Ciddi miqdarda yerkökü yeyildikdə, dəridə anormal sarı-tünd narıncı rəng meydana gələ bilər. Bu rəng dəyişikliyinə yerkökündə olan beta karoten səbəb olur. Bu rəng dəyişiklikləri əllərin içinə, üzə, ayaq altlarına və barmaqlara da yansıya bilər.
4.Pestisidlər.
Pestisidlər ziyanverici, xəstəlik və alaq otlarına qarşı istifadə edilən kimyəvi və bioloji aktiv maddələrdir. Tədqiqatlar göstərir ki, Yerkökü 26 növ insektisid ehtiva edir. Bu 26 pestisiddən 8-i potensial olaraq xərçəngə səbəb ola biləcək xüsusiyyətlərə malikdir. Əgər pestisidlərdən bədəninizi uzaq tutmaq istəyirsinizsə, havuç qəbulunuzu məhdudlaşdırmalısınız.
5.Laktasiya dövründəki qadınlara tövsiyə olunmur.
Yerkökü, bədən üçün çox önəmli olan vitamin və minerallarla zəngindir. Lakin aparılan tədqiqatlar, yerkökünün ana südünün dadını dəyişdirdiyini sübut edib. Buna görə də, əmizdirən qadınlar yerkökü istehlakını və ya yerkökü suyu istehlakını həddindən artıq etməməlidirlər.
Səbinə
Qlobal.net