NASA, 2024-cü il dekabrın 24-də 10 mərtəbəli bina ölçüsündə nəhəng asteroidin Yer kürəsinin yaxınlığından keçəcəyini elan edib.
Qlobal.net xəbər verir ki, NASA və Avropa Kosmik Agentliyinin (ESA) verdiyi məlumata görə, "2024 XN1" adlanan asteroid saatda 23 min 160 kilometr sürətlə hərəkət edərək Yerə təhlükə yaratmadan keçəcək.
Təxminən 7,21 milyon kilometr uzaqlıqdan keçəcək bu asteroid, ölçüsünə və sürətinə baxmayaraq, planetimiz üçün təhlükəli hesab edilmir. Lakin ekspertlər bildirir ki, bu ölçüdə obyekt Yerə düşsəydi, ciddi dağıntılara səbəb ola bilərdi.