ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2046-cı ildə Yerlə toqquşa biləcək asteroid aşkarlayıb.
Qlobal.net xəbər verir ki, bu barədə idarənin tviter səhifəsində məlumat verilib.
Söhbət “2023 DW” adlı asteroiddən gedir. NASA mütəxəssislərinin fikrincə, onun 2046-cı ildə Yerlə toqquşması ehtimalı mövcuddur.
“Adətən, yeni obyektlər aşkar edildikdə, səhvləri aradan qaldırmaq və onların orbitini gələcək illər üçün düzgün proqnozlaşdırmaq bir neçə həftə çəkir”.
Asteroidin diametri demək olar ki, 50 metrdir. “CNN”in verdiyi məlumata görə, asteroidin Yerlə toqquşma ehtimalı 625-də 1-də qiymətləndirilir.