Aktrisa Ülviyyə Xəlilbəyova paylaşımı ilə diqqət çəkib.
Qlobal.net axşam.az-a istinadən bildirir ki, yeni şəklini yayımlayan sənətçi bunları yazıb:
"Hərdən sən qaçmalısan, arxanca kimin qaçdığını öyrənmək üçün. Hərdən sakit danışmalısan, sənə kimin qulaq asdığını bilmək üçün. Hərdən geriyə addım atmalısan, sənin tərəfdə kimin olduğunu görmək üçün. Hərdən də səhv qərar verməlisən, hər şey dağılanda kimin sənin yanında qalacağını öyrənmək üçün".
Qeyd edək ki, Ülviyyə bir müddət əvvəl aktyor həyat yoldaşı Murad İsmayıldan boşandığını açıqlayıb.