Skoda yeni elektrikli SUV modeli Elroq-un kütləvi istehsalına başladığını açıqlayıb.
Qlobal.net bildirir ki, Çexiya markasının yeni dizayn dilini daşıyan ilk model olan Skoda Elroq bu il qardaş Türkiyədə satışa təqdim olunacaq modellər arasında yer alır.
Elroq Çexiyanın əsas istehsal zavodu olan Mlada Boleslav-da istehsal ediləcək. Bu zavodda MQB və MEB platformaları üzərində inşa edilən iki fərqli model olan Octavia və Enyaq istehsal edilir. Lakin Elroq istehsalı üçün daha çox yer açmaq məqsədilə keçən il Octavia istehsalının bir hissəsi Kvasiny zavoduna köçürülüb. Bununla da zavodda gündə 600 ədəd Skoda Elroq istehsal ediləcək.
Bu addımla Volkswagen Qrupunun elektrikləşmə prosesinin mühüm bir hissəsi halına gələn Mladá Boleslav-da Enyaq və Elroq modellərinin yanında, qrup daxilində MEB platformasından istifadə edən elektrikli avtomobillər üçün batareyalar da istehsal edilir. 2024-cü ilin dekabr ayı etibarilə bu zavodda istehsal edilən batareyaların sayı 1 milyon ədədə çatıb.
Skoda Elroq, 4.48 metr gövdə uzunluğu ilə Volkswagen Qrupunun Enyaq və ID.4 modellərindən aşağıda yerləşir. 0.26 Cd sürtünmə əmsalı ilə aerodinamik verimliliyi ön plana çıxaran Elroq, dörd bölməli gündüz işıqları və Matrix-LED fənərləri ilə diqqət çəkir. Daxili hissədə isə 13 düymlük multimedya sistemi, ChatGPT inteqrasiyası, 470 litr bagaj həcmi və əlbəttə ki, markanın məşhur Simply Clever həlləri yer alır.
Elektrikli SUV-da üç fərqli batareya seçimi ilə birgə fərqli güc konfiqurasiyaları mövcuddur. 125 kW və 210 kW arasında güc verən elektrik mühərrikləri, tutumları 82 kWh-ə (77 kWh istifadəyə yararlı) qədər olan batareyalarla birləşdirilir. Bu sayədə Elroq, 85 versiyası ilə WLTP-yə görə 581 km-ə qədər menzil təqdim edərkən, %10-80 şarj vaxtı isə batareyaya görə 25 ilə 28 dəqiqə arasında dəyişir.
Skoda Elroq-un Avropadakı qiymətləri 33,900 avrodan başlayır, lakin bu qiymət yalnız 125 kW mühərrik və 55 kWh batareyaya sahib versiya üçün keçərlidir.
Murad
Qlobal.net