xəstəlik
Yeni ölümcül virus tüğyan edir, pandemiyaya çevrilə bilər – XƏBƏRDARLIQ

Afrikada yayılan yeni ölümcül virus, yoluxanların 90 faizini öldürmək təhlükəsi yaradır.

Ruandada qusma və şiddətli qanaxmaya səbəb olan Marburq virusunun yayılması qeydə alınıb. Həkimlər bunun yeni bir pandemiyaya səbəb ola biləcəyindən ciddi narahatdırlar.

Qlobal.net bildirir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

İndiyədək 9 ölüm faktı qeydə alınıb, daha 18 xəstə təcrid olunub. Ölənlərin əksəriyyəti Kiqalidəki reanimasiya şöbəsinin tibb işçiləridir.
İnfeksiyanın daha da yayılmasının qarşısını almaq üçün ölkə hakimiyyəti kütləvi tədbirlərdə, o cümlədən dəfn mərasimlərində iştirak edənlərin sayını 50 nəfərlə məhdudlaşdırıb.

Xəstəliyin sonrakı mərhələlərində bir çox xəstələrdə burun, diş ətləri və gözlərdən, həmçinin qusma və bağırsaq hərəkətlərində görünə bilən daxili qanaxma da daxil olmaqla ağır əlamətlər müşahidə olunur.

Məlumdur ki, virus ilk dəfə təxminən 60 il əvvəl Almaniya və Serbiyada epidemiyalar zamanı aşkar edilib. İndi bu xəstəlik Ruandadan başqa Uqanda, Qana və Tanzaniyada da yayılır. (lent.az)

01.10.2024 20:23
show 103