67a5f3114ff99202502254833

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.

Qlobal.net xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Rəhim Əliyev "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Tanınmış ədəbiyyatşünas alim həm də bədii yaradıcılıqla məşğuldur. O, bir neçə romanın da müəllifidir.

Anar Əliyevin anası İradə Əliyeva uzun illər jurnalistika sahəsində fəaliyyət göstərir. Hazırda o, "Azərbaycan" qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır. (Teleqraf)

07.02.2025 17:33
show 91