Bakıda tanınmış tibb müəssisələrindən biri olan “Yeni Klinika”nın qarşısında Azərbaycan bayrağı tərsinə asılıb.
Qlobal.net KONKRET.az-a istinadla xəbər verir ki, milli dəyərlərimizə hörmətsizlik
göstərən klinika rəhbərliyi Azərbaycanın dövlət bayrağına da
sayğısızlıq nümayiş etdirib. Hələ dövlət rəmzinin hansı qaydada asılması
barədə məlumatı olmayan “Yeni Klinka” rəhbərliyi bayrağı asmazdan qabaq
onun rənglərinin necə sıralanmasına fikir verməliydi.
Bayraq xalqımızın qürur yeri, namusudur. Azərbaycanın Dövlət rəmzlərindən olan bayraq həm də and yerimizdir. Dalğalandıqca qürur duyduğumuz üçrəngli bayrağımızın hər rəngi özündə bir məna kəsb edir. Mavi, qırmızı və yaşıl rəngdən ibarət olan Azərbaycanın Dövlət bayrağına hörmət isə hər bir Azərbaycan vətəndaşının borcudur. Lakin rastlaşdığımız bu mənzərə bayrağımıza olan hörmətsizliyi özündə ehtiva edir.
.