676cdf6e2ce69202412244534

Yeni ili qızı ilə keçirmək istəyirdi

"Azərbaycan Hava Yolları"​nın qəzaya uğramış təyyarəsinin sərnişinlərindən birinin əri Bəşir İgidov həyat yoldaşı Nərminə ilə əlaqə saxlaya bilmədiyini və onun vəziyyətindən xəbərsiz olduğunu bildirib.

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "İzvestiya"ya açıqlamasında deyib.

"Hələ heç nə bilmirəm, şok vəziyyətindəyəm. Minməzdən əvvəl böyük qızımız onunla danışmışdı. Vəssalam, başqa heç nə bilmirik", - deyə o bildirib.

B.İgidov deyib ki, qadın Bakıdan tək uçub. Onun sözlərinə görə, həyat yoldaşı bayram günlərində qızına qonaq gedirmiş. O, deyib ki, Nərminə son dəfə səhər onlayn olub.

"O, (red. - Nərminə) məni orada gözləməli idi. Yanvarda yanlarına getmək istəyirdim", - Bəşir İgidov bildirib.

Qeyd edək ki, REN TV-nin açıqladığı həlak olan Rusiya vətəndaşlarının ilkin siyahısında Nərmin İgidovanın da adı yer alıb.

Xatırladaq  ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

26.12.2024 08:45
show 90