67593bb4a38d4202412241356

Yeni ildə bunları edənlər 12 ayı xoşbəxt keçirəcək – MARAQLI İNANCLAR

Yeni il hər kəs üçün yeni ümidlər, arzular və uğurlarla dolu bir başlanğıc deməkdir. Dünyanın müxtəlif yerlərində insanlar ilin bu əlamətdar gecəsini xüsusi inanclar və adətlərlə qeyd edirlər.

Qlobal.net Yenisabah.az-a istinadla uğur, bolluq və xoşbəxtlik gətirəcəyinə inanılan ən məşhur ənənələrdən bəzilərini təqdim edir:

Yeni ilə təmiz bir başlanğıc etmək istəyənlər köhnə ilin "pis enerjisini" qovmaq üçün evlərini təmizləyirlər. Bu adət xüsusilə Şərq mədəniyyətlərində geniş yayılıb.

Bir çox ölkədə yeni il gecəsi qırmızı rəngli paltar geyinmək sevgi və ehtiras gətirəcəyinə inanılır. Digər rənglər də öz mənasına görə seçilir, məsələn, yaşıl pul və zənginliyi təmsil edir.

Nar bolluq və məhsuldarlığı təmsil edir. Bəzi cəmiyyətlərdə yeni ilin ilk saatlarında nar partlatmaq ilin məhsuldar keçəcəyinə işarədir. İspaniyada isə saat 12-də hər zəng səsinə bir üzüm yemək uğur gətirən adətlərdən biridir.

Yeni il gecəsi cibdə pul saxlamaq və ya evə pul gətirmək gələn ilin firavan keçəcəyinə işarədir. Hətta bəzi yerlərdə bu məqsədlə pul kisəsini silkələmək kimi maraqlı adətlər də mövcuddur.

Dünyanı kəşf etmək arzusunda olanlar yeni ilin ilk saatlarında boş bir çamadanla evin ətrafında gəzirlər. Bunun ilin səyahətlərlə dolu olacağına işarə etdiyinə inanılır.

Yeni il gecəsinin ən gözlənilən məqamlarından biri geri sayımdır. Saat 12-də ürəkdən arzu tutmaq və yeni ilə pozitiv enerji ilə başlamaq hər bir fərdin xoşbəxtlik rituallarındandır.

Pis ruhları qovmaq və gələcək ili işıqlandırmaq üçün şam yandırmaq və fişəng atmaq geniş yayılmış ənənələrdir.

Qeyd edək ki, yeni il inancları mmədəniyyətlərarası zənginliyi və insanların gələcəyə dair ümidlərini əks etdirir.

11.12.2024 12:09
show 76