Yeni ilin gəlişinə sayılı günlər qalıb. Bəzi ailələr artıq evlərində
şam ağaclarını bəzəyiblər. Bəziləri isə bunu dekabrın sonuna
saxlayırlar. Bəs görəsən şam ağaclarını hansı gün bəzəməyin fərqi var?
Heç demə varmış.
Astroloq və numeroloq Sergey Latuninin dediyinə görə, şam ağaclarını hansı gündə bəzəmək böyük önəm daşıyır.
Qlobal.net Lent. az-a istinadla onun fikirlərini təqdim edir.
Şam ağacını 8 dekabrda bəzəsəniz, bütün il uğur və bolluq içində keçəcək.
22 dekabr şam ağacını bəzəmək üçün uğurlu günlərdəndir. Həmin gün
bəzədilən şam ağacı ailənizi bütün bəlalardan qoruyan talismana
çevriləcək.
24 dekabrda qurulan şam ağacı var dövlət və karyera vədi verir.
25 dekabrda şam ağacını bəzəmək bütün il boyu evdə rifah halının yüksək olacağı deməkdir.
28 dekabrda şam ağacı bəzəmək ilin sevincli günlərlə zəngin olacağını vəd edir.