Yeni idarə rəisi generalın oğludur
Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin yeni rəisi generalın övladıdır.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, idarənin yeni təyin
olunan rəisi polkovnik Orxan Nuriyev ədliyyə nazirinin müavini olan
general-mayor Eldar Qasım oğlu Nuriyevin oğludur.
Qeyd edək ki, Eldar Nuriyev 2000-ci ilin oktyabr ayında Baş
prokurorunun müavini təyin edilib. 2006-cı ilin aprel ayından 2019-cu
ilin noyabr ayınadək Prezident Administrasiyasının Dövlət nəzarəti
şöbəsinin müdiri vəzifəsində çalışıb.
25 dekabr 2019-cu ildə ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi daşıyır.
Dövlət başçısının 3 fevral 2016-cı il tarixli fərmanı ilə
Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr
təyin ediib.
O, 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, Azərbaycan Xalq
Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin,
Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası
Prokurorluğunun 100 illiyi xatirə medalları, "Prokurorluğun fəxri
işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunub.