67aae11564439202502253309

Yeni evlənənlərə QADAĞA: 3 gün bunu etmək olmaz

İndoneziya fərqli etnik qrupları, dinləri və ənənələri özündə birləşdirən bir ölkədir. Bu müxtəliflik daxilində bəzi yerli icmalarda maraqlı evlilik mərasimləri mövcuddur. Bunlardan biri də yeni evlənən cütlüklərə tətbiq olunan hamam qadağasıdır.

Qlobal.net bildirir ki, xüsusilə İndoneziyanın Borneo adasında yaşayan Tidong icmasında görülən bu ənənə yeni evlilərin evliliklərinin ilk üç günü boyunca hamam qəbul etmələrini, tualetə getmələrini və hətta su içmələrini qadağan edən bir ritualdır.
Tidong xalqı bu qadağanın evliliyin güclü və uzun ömürlü olması üçün vacib olduğuna inanır. Əgər cütlük bu qaydalara riayət etməzsə, evliliklərinin pis getməsi, sədaqətsizlik və ya erkən ölüm kimi bədbəxt hadisələrlə qarşılaşacaqları düşünülür. 
Bu dövrün sonunda, cütlük hamam qəbul edə bilər və normal həyatlarına qayıda bilər. Hamam qadağası sona çatdıqda, adətən bir bayram edilir və yeni cütlüyün təmizlənməsi onların yeni həyatlarına saf bir şəkildə başlamalarını simvollaşdırır.
Tidong icmasının tətbiq etdiyi bu ənənə günümüzdə getdikcə azalır. Müasir gigiyena anlayışı və dəyişən yaşam tərzləri səbəbindən bir çox gənc cütlük, bu rituala əvvəlki kimi ciddi şəkildə riayət etmir.

Səbinə
Qlobal.net
11.02.2025 09:55
show 302