Şamaxı rayonu Qonaqkənd bölgəsində asfaltda torpaq sürüşməsi baş verib.
Qlobal.net xəbər verir ki, hadisə nəticəsində yolun bir neçə hissəsində çökmələr və iri çatlar əmələ gəlib. Yolun digər tərəfində asfalt örtüyü dağılaraq iri qabarmalar yaranıb. Yolun bir tərəfinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.
"Yolun bu vəziyyətdə olması ilə baölı nişanlar belə yoxdur. Kəndə qonaq glən yad adamlar yolda çətinliklə üzləşməsin deyə yol nişanları olması zəruridir".
Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilib. (milli.az)