662a21e28f55f202404242658
Yeni Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir - DOSYE

Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvanın baş naziri təyin edilib.

Qlobal.net yeni təyin olunan baş nazirin tərcümeyi-halını təqdim edir:

Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir. 2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Baş nazir təyinatına qədər Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri postunu tuturdu.

Evlidir, iki övladı var.

25.04.2024 13:22
show 839