Yeni ailə quran qızıgilə qonaq gedən valideynlər DƏHŞƏT YAŞADI
Bakının Sabunçu rayonunda yol qəzası zamanı qadın quyuya düşüb. Qlobal.net xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Belə
ki, “Opel” markalı maşının sürücüsünün qarşısına “Toyota Prius” çıxıb.
“Opel”in sürücüsü avtomobili aşırıb. Avtomobildə olan sərnişin -
sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Ağayeva Nəzakət Şabalı
qızı maşının pəncərəsindən çıxaraq quyuya düşüb. Qadın aldığı
xəsarətlərdən ölüb.
Qeyd edək ki, onlar ötən həftə evlənən qızlarının evinə qonaq gedirlərmiş. (bakupost)