Yemişlə balı eyni vaxtda niyə yemək olmaz?
Yay fəslinin ən sevimli meyvələrindən olan yemişin çoxlu
faydaları var. Mütəxəssislərin dediyinə görə, isti yay günlərində yemiş
sərinlik və rahatlıq bəxş edir. Yemiş göz xəstəliklərinin qarşısını
alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, ağciyər
xəstəliklərinə səbəb olan zərərli hüceyrələrin sovrulmasını
sürətləndirir. Ürək-damar sistemi problemlərinə müsbət təsir edir. El
arasında deyirlər ki, yemişi balla eyni vaxtda yemək olmaz.Qlobal.net xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: “Yemiş mədədə
çətin həzm olan qida hesab edilir. Onu balla birlikdə yeyəndə
mədə-bağırsaq sistemi daha ağır yüklü qida qəbul etmiş olur, şəkər
mübadiləsinin pozulmasına gətirib çıxarır, bir çox hallarda qəbizliyə
səbəb olur.
Qəbizlik yarananda əgər kimdəsə narahatlıq - məsələn, B12
vitamini, fol turşusu narahatlığı varsa, halsızlıq, ürəkbulanma və s.
ola bilər.
Qəbizlik çox davam edərsə, daha ciddi nəticələrə aparıb
çıxara bilər. Yaxşı olardı ki, qida ən azı dörd saat fərqi ilə qəbul
olunsun, çünki həmin müddətdə mədədə həzm prosesi getmiş olur”.
Yemişi
səhər yeməyində qəbul etmək tövsiyə olunur. Mütəxəssislər bildirirlər
ki, idmanla məşğul olanlar, artıq çəkidən əziyyət çəkənlər gündə 150
qramdan artıq yemiş yeməməlidir.