64a2a7439ed5b202307234731
Yeməkdən əvvəl və sonra doğru su içmə QAYDASI

Orqanlarımızın normal işləməsi və dolayısı ilə həzmin də yaxşı olması üçün su əvəzedilməzdir.

Qlobal.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov danışıb. 

Onun sözlərinə görə, zamanında və qədərində su içmək şərtdir: "İnsanın gün ərzində təqribən 1.5-2 litr su içməsi məqsədə uyğundur. Hər gün oyandıqdan dərhal sonra, yəni acqarına bir stəkan su içmək çox faydalıdır. Yatmazdan ən tez 3 saat əvvəl su qəbulunu dayandırmaq lazımdır. Yeməkdən yarım saat əvvəl və ən tez 40 dəqiqə sonra içilən suyun faydaları daha çoxdur. Yemək zamanı maye qəbulu tövsiyə olunmur". (lent.az)

03.07.2023 14:46
show 567