Vaxtı ilə Azərbaycanda yaşayıb sonra İsrailə köçən yəhudilər
müğənni Şəbnəm Tovuzlunun orada nəzərdə tutulan konsertinə etiraz edib.
Qlobal.net xəbər verir ki, bu barədə jurnalist Lacin Səmla məlumat verib.
Yəhudilər sənətçinin sözügedən konsert layihəsinə qarşı çıxıblar.
Onlar 77 şəhidimizin və onlarla yaralımızın olduğunu, ölkədə bütün
mədəni tədbirlərin təxirə salındığını bildirərək, Şəbnəm Tovuzlunun
İsrailə səfər etməməsini tələb ediblər.
Məsələ ilə əlaqədar Qaynarinfo müğənni Şəbnəm Tovuzlu ilə əlaqə
saxlayıb. Sənətçinin köməkçisi sözü gedən konsert layihəsinin təxirə
salınması ilə bağlı danışıqların getdiyini bildirib. (sfera.az)