İyulun 23-də yaradılan səhifə 15,6 min layk toplayıb.
İsrailli qızlar Facebook-da açdıqları səhifədə öz yarıçılpaq şəkillərini yerləşdirərək, İsrail Müdafiə Ordusuna (İDF) sevgilərini etiraf edirlər.
Bu yazı dərc olunan an üçün Standing With IDF səhifəsində 50-dən çox fotoşəkil yerləşdirilib.
Şəkillərdə qızlar bədənlərinin üzərində “I love IDF” yazılmış müxtəlif hissələrini göstərirlər.
İyulun 23-dən səhifə 15,6 min layk toplayıb. Fleşmobun təşəbbüskarları, The Huffington Post yazır, ayda bir dəfə İsrail Müdafiə Ordusunun 1 əsgərini seçməyə və ona xüsusi qayğı göstərməyə söz verirlər. Onlar əsgəri necə seçəcəklərini açıqlamırlar.