6736c9caf334f202411241050

Yazdılar ki, qəza zamanı yanında kişi olub - Rühəngiz Allahverdiyeva boşanmasından danışdı

"Maşın sürməyi öyrənirdim, qəza törətmişdim, səhv anlaşıldı".

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Rühəngiz Allahverdiyeva ARB-nin efirində ilk dəfə həyat yoldaşından ayrılma səbəbi ilə bağlı danışarkən bildirib.

Xanım sənətçi qeyd edib ki, mediada guya onunla birgə qəza zamanı avtomobildə kişi "dostunun" olduğu qeyd edilmişdi:

"Amma yanımdakı xanımlar idi, elə öz incəsənət yoldaşlarımdan idi. Ev yıxmaq üçün hazırdılar. Elə yazdılar ki, elə bil mən haralarda idim... Boşanma da buna görə oldu".

15.11.2024 07:49
show 190