64e1a2e06646f202308232136
Yaşlı kişi qonşusunun qızını zirzəmiyə apardı, məcbur etdi ki... - Gədəbəydə ŞOK OLAY

Gədəbəy rayonunda 1973-cü il təvəllüdlü Camal qonşusunun qızı Səidəyə (adlar şərti verilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Qlobal.net Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən ilin iyununda rayonun Qaramurad kəndində baş verib. Camal psixi problemləri olan Səidənin köməksiz vəziyyətindən istifadə edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Camalın barəsində Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılıb.

"Kafedə yeyib-içdik"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Camal özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Səidə və onun atası Sahiblə qonşudurlar: "5 iyun 2021-ci ildə, təxminən saat 11-12 radələrində öz evimdən çıxdım və kəndinin mərkəzinə getdim. Orada Faiqin kafesində Sahiblə yeyib-içdik. Kafedən çıxdıqdan sonra Sahib mağazadan 1 litr araq aldı, əmisi oğlu Valehgilə gedəcəyini bildirdi. Evimə qayıdan yolda Böyük Qaramurad çayını keçdikdən sonra təxminən saat 18 radələrində Sahibdən ayrıldım. Sahib əmisioğlugilə getdi".

"Güya qızının üzündən öpdüyümü dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, evinə gəlib və ikinci mərtəbədə yatıb: "Təxminən saat 21.30-da Sahib zəng edərək harada olduğumu soruşdu. Mənə qarşı nalayiq söyüşlər söyməyə başladı, küçəyə çıxmağımı tələb etdi.

Əvvəlcə Sahibə "piyansan, get evinə, sonra danışarıq" dedim. Sahib məni yenə də söyərək küçəyə çağırdı. Evimdən çıxmaq istədim. Bu zaman ikinci mərtəbənin küçə tərəfdən olan pəncərəsinin şüşələrinin sındırılması səsini eşitdim. Küçəyə çıxanda Sahib əlində yaba mənə tərəf gəlirdi.

O, məni qarşı söyür, deyirdi ki, niyə qızımın üzündən öpmüsən. Mahir adlı qonşumuz da səs-küyü eşitdi, oraya gəldi. Sahibin əlindən yabanı aldı, nə baş verdiyini soruşdu. Sahib güya qızı Səidənin üzündən öpdüyümü dedi".

"Yalan olduğunu dedim"

Camalın sözlərinə görə, səs-küyə oğlu Anar, arvadı Xumar da küçəyə çıxıblar: "Xumar Sahibə dedi ki, ayıbdı, səs salma, sabah söhbət edərsiz. Sahib isə daha da bərkdən qışqıraraq "qoy hamı bilsin" dedi. Xumar bizi orada qoyaraq oğlumla birlikdə Sahibgilin evinə yollandı. Sonra Sahib də evinə getdi. Mahir məni Sahibin evinə getməyə qoymadı.

Təxminən 10-15 dəqiqə sonra oğlum və arvadım geri qayıtdılar. Xumar dedi ki, Səidə güya onu gətirərək evin zirzəmisində zorladığımı deyib. Xumar məndən nə baş verdiyini soruşanda belə bir şeyin olmadığını dedim".

"Mənə böhtan atır".

Camal qeyd edib ki, təxminən bir saat sonra polis əməkdaşları gəlib və Sahibin şikayət etdiyini bildiriblər, onu polis şöbəsinə dəvət ediblər: "Polis şöbəsinə gəldik. Səidəni öpməmişəm, onunla cinsi əlaqədə olmamışam, ümumiyyətlə onunla hər hansı seksual xarakterli zorakılıq hərəkətləri etməmişım. Mənə böhtan atır.

Səidəni zirzəmiyə aparmamışam, ona qarşı heç vaxt əxlaqsız hərəkət etməmişəm. Onun dedikləri tamamilə yalandır. Heç vaxt belə bir fikrim də olmayıb".

"Xoşgəldin etdik"

Camalın sözlərinə görə, iyunun 4-də təxminən saat 11-12 radələrində yaşadığı evə gəlib və arvadı Xumardan çay süzməsini istəyib: "Evimin həyətində çay içən zaman Səidə oraya gəldi. Ona "xoş gəldin" etdik. Arvadım gəlməyinin səbəbini soruşanda Səidə üzünün tükünü təmizləməyi ondan xahiş etdir. Bunu eşitdikdə çayımı yarımçıq qoydum. Evdən çıxaraq Böyük Qaramurad kəndinin mərkəzinə getdim. Orada kafedə həmkəndlilərimlə yemək yeyib, araq içdik".

"Nə danışdığını bilmir"

Təqsirləndirilən şəxs deyib ki, təxminən saat 22.00-da həmkəndlisimaşın ustası Eldar adlı şəxs ona "nə qonaqlıq verə bilərsən, gedək sizdə yemək yeyək" deyib: "Xumara zəng etdim, xəngəl bişirməyi tapşırdım. Mağazadan araq da götürdüm, Eldarla birlikdə evimə getdik.

Təxminən gecə saat 12-yə qədər Eldar mənim evimdə oldu. Səidəyə qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Ümumiyyətlə iyunun 5-də Sahibin evinə getməmişəm. Səidənin psixi vəziyyəti yerində deyil və nə danışdığını bilmir".

"Mənimlə bir neçə dəfə cinsi əlaqəyə girdi"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidənin sözlərinə görə, iyunun 4-də, günorta saatlarında tövlələrinin qarşı tərəfində pencər yığan zaman Camal oraya gəlib: "Camal mənə "bizim zirzəmimizdə "veş"iniz var, gəl götür" dedi. Camalla birlikdə onların zirzəmisinə getdim. Zirzəmiyə daxil olduqdan sonra Camal qapını bağladı.

Daha sonra sinəmdən tutaraq məni aşağı çəkdi, iyrənc hərəkətlər etməyə məcbur etdi. Sonra mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Həmin vaxt Camal mənimlə bir neçə dəfə cinsi əlaqəyə girdi. Arvadı görməsin deyə zirzəmidən məni çıxardı, ayaqyoluna saldı və orada gözləməyi tapşırdı".

Səidə qeyd edib ki, bir qədər ayaqyolunda qalıb, sonra oradan çıxıb: "Oradan çıxanda Xumar məni gördü, "xoş gəlmisən" dedi və evə dəvət etdi. Onların evinə qalxdım. Camalın etdiklərini Xumara danışdım.

Xumar Camalın hərəkətlərindən xəbəri olmadığını dedi. Mənə qaynı Mehdinin oğlu üçün elçi gələcəklərini bilidirdi, özümü yaxşı aparmağımı istədi. Xumara valideynlərimdən razılıq almalı olduqlarını dedim. Onlardan çıxaraq evimizə gəldim".

"Üzümdən dişlədi"

Səidə qeyd edib ki, iyunun 5-də, saat 17 radələrində yaşadığı evdə çörək bişirib: Toyuqları yemləmək üçün həyətə çıxanda Camalı həyətimizdə gördüm. Camala mənə yaxın gəlməməyi dedim. Evə qayıtdım, çörək bişirməyə davam etdim.

Sobada bişmiş çörəyi götürərək aynabənddə stolun üstünə qoyan zaman Camal qapıdan içəri girdi. Üzbəüz gəldi, məni qucaqladı. Üzümdən dişlədi, dodağımdan öpdü. Onun məndən əl çəkməsini istədim. Camal yubkamı qaldırararq mənə qarşı əxlaqsız hərəkətlər etdi. Anamın tövlədən çıxaraq aynabəndə sarı gəldiyini gördü, məni buraxdı və getdi".

Səidə bildirib ki, baş verənləri anasına danışıb. Qeyd edib ki, əvvəllər heç kimlə cinsi əlaqədə olmayıb. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.

Camal 6 il müddətinə azadlıqdan məhrum edilib.

20.08.2023 09:20
show 8400