Cəmiyyət
Yaşar Nurinin qızı bacısının ölümü ilə bağlı hər şeyi açıqladı: “Gecə saat 4-ün yarısı…”

“Bacım gecə saat 4-ün yarısı mənə zəng edib, “özümü çox pis hiss edirəm, anama tez gəlməsini söylə” dedi”.
Axşam.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı Ülviyyə Yaşarqızının ölümü ilə bağlı danışarkən deyib.
“Anam oraya çatana qədər bacımın qızı məni görüntülü zənglə yığıb “xala, qorxuram, anam yerə yıxılıb” dedi. Kameranı bacıma tərəf çevirəndə gördüm ki, o, bir nöqtəyə baxır, həyatını itirib. Qolunda təzyiq aparatı var idi. Elə də yıxılıb. Ağzından köpük gəlirdi. Çox çətin olacaq. Qızı Gülnara baxmaq mənim öhdəliyimə düşür” deyə, Ülkər bildirib.
Qeyd edək ki, Y.Nurinin böyük qızı Ülviyyə Yaşarqızı noyabrın 15-də səhər saatlarında ürək çatışmazlığından vəfat edib.



