Yasamalın icra başçısı qanunları belə pozdu – FOTOLAR

Yasamalın icra başçısı qanunları belə pozdu – FOTOLAR

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəxsi avtomobilini idarə edərkən qanunun tələblərini pozub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elşad Həsənov idarə etdiyi “BMW X7” model avtomobili idarə edərkən, sükan arxasında mobil telefonla danışıb və təhlükəsizlik kəmərindən istifafə etməyib.

Hazırda Azərbaycan Respublikası ərazisində sürücülərin sıx-sıx cərimə edildiyi hallardan biri nəqliyyat vasitəsinin hərəkəti zamanı mobil telefondan istifadə edilməsidir. Sözügedən hal üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən olunub. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (“AR İXM”) 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü əlli manat məbləğində cərimə edilir.

Həmçinin, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. 

Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.

İcra başçısının sükan arxasında təhlükəsizlik kəməri taxmadan mobil telefondan istifadəsini əks etdirən görüntüləri təqdim edirik…
bc543642 0c3f 4c17 86ff 98566d0f8d2f415ca00e 6ee0 44a2 89b9 3cf9bf4944dfebc6f3cd 6eee 45b1 bdb1 19b8f6cbe236

Related Articles

Leave a Reply

Back to top button