Paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən "Dizel pub" adlı məkandan şikayət daxil olub.
Bu barədə Avtosfer.az-a
sakinlərdən biri video göndərib. Vətəndaş deyir ki, bardan yüksək səslə
musiqi bütün küçəni başına götürüb. Ətrafda yaşayan sakinləri narahat
etməsi bir yana, bu hərəkət şəhidlərimiz ruhuna qarşı hörmətsizlikdir.
Vətəndaş deyir ki, bu cür hallar xalqımıza qarşı mənəvi bir təhqirdir.
Ümid edirik ki, hüquq mühafizə orqanları bu barədə müvafiq tədbirlər
görəcək. Videonu təqdim edirik: