Yas mərasimindən qayıdan baba və nəvəsi qəzaya düşdü

Yas mərasimindən qayıdan baba və nəvəsi qəzaya düşdü

Yevlaxda idarəetmədən çıxan VAZ-2110 markalı maşın yol kənarındakı kanala düşüb.

Qlobal.net “Unikal”a istinadən xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Qüdrət Məmi oğlu Əhmədov baş nahiyəsindən və döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun nəvəsi 17 yaşlı oğlan isə xəsarət almayıb.

Qeyd edək ki, hər iki şəxs Ağdaşdan yas mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button