Ali təbəqə fahişələri

Yaponların ali təbəqə fahişələri: Orianların qeyri-adi həyatı

Oiranlar Edo dövrü Yaponiyasının mədəniyyətinin bir hissəsi idi. 

Qlobal.net bildirir ki, onlar Yukaku adlanan əyləncə mərkəzlərində fəaliyyət göstərirdilər və yalnız fiziki xidmətlər deyil, həm də mədəniyyəti təmsil edirdilər. Cinsi xidmət göstərdikləri müştərilər ilə sosial və mədəni əlaqələr quraraq yüksək təhsil və sənət nümayiş etdirirdilər.

Oiranların geyimləri onların sosial statuslarını göstərirdi. Çox qatlı kimono və mürəkkəb oirankami adı verilən saç düzümü ilə tanınırdılar. Bu görünüşlər onların peşə həyatının və mövqeyinin simvolu idi.

Oiranlar şeir, rəqs, musiqi və sosial etik sahələrində təhsil almışdılar. Onlar yüksək sinifdən olan müştərilərinə həm əyləncə, həm də sənət təqdim edərək mədəniyyət və incəsənət sahəsindəki bacarıqlarını nümayiş etdirirdilər.

Meiji dövrü ilə Oiran ənənəsi sona çatmağa başladı. Lakin bu qadınlar Yapon mədəniyyətinin tarixi bir hissəsi olaraq qalmağa davam edir və onların ənənələri, bəzən festivallarda və sənətdə öz əksini tapır.

Səbinə
Qlobal.net

07.02.2025 14:50
show 70