6503088ca277f202309232012
Yapon idmançı Bakıda azərbaycanlı aparıcıya hücum çəkdi - ANBAAN VİDEO

Bakıda yapon idmançı Çihiro Suzuki aparıcıya hücum çəkib.

Hadisə "Rizin" Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi "Landmark 7" turnirindən öncə keçirilən mətbuat konfransında baş verib.

Mübahisənin səbəbi məlum deyil.

Həmçinin Azərbaycan MMA döyüşçüsü Vüqar Kərəmovun yaponiyalı rəqibi Çihiro Suzuki digər qalmaqallı hərəkətləri ilə də yadda qalıb. 

O, idmançımıza meydan oxuyaraq qeyri-adi jestlər edib. 

Suzukinin bu hərəkətləri sosial mediada birmənalı qarşılanmayıb. 

Həmin anları təqdim edirik:

(day.az)

14.09.2023 17:18
show 2479