photo_70035115
Yanvarda bu günlər ağır keçəcək

Yanvar ayının ikinci ongünlüyündə Yer kürəsinin sakinləri 6 maqnit qasırğası ilə üz-üzə qalacaq.

Qlobal.net Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə P.N. Lebedev adına Fizika İnstitutu məlumat yayıb. Məlumata görə, ayın 11, 12, 15, 17 və 18-i tarixlərində 3 bal gücündə maqnit qasırğası olacaq. Ən güclü təbiət hadisəsi yanvarın 16-da qeydə alınacaq. Həmin gün geomaqnit titrəyişlərinin gücü 4 bala çatacaq.

Geomaqnit sahəsinin güclü pozulmaları insan sağlamlığına təsir göstərərək baş ağrısı, yorğunluq, əsəbilik, ümumiyyətlə, sağlamlığın pisləşməsinə səbəb ola bilər. Həkimlər bu günləri özünüzə qulluq etməyə, yağlı qidalardan, spirtli içkilərdən və tütündən uzaq durmağa, stresli vəziyyətlərdən qaçmağa, gərginləşməməyə, mümkünsə təmiz havada gəzməyə çağırır.

06.01.2022 00:59
254