Yanvar ayının pensiyaları nə vaxt veriləcək?
Artıq yanvar ayının ortalarıdır. Pensiya alan hər həsi yanvar ayının pensiyaların ödəniş tarixi ilə maraqlandırır.
Qlobal.net xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, aylıq sosial ödənişlər, o cümlədən pensiyalar, müvafiq ayın son günündə ödənilməli olduğu halda, müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə bank kartlarına köçürülür:
“Əvvəlki aylarda olduğu kimi, cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək.
Qeyd olunanları nəzərə alaraq, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir. Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir. Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməyib”.
Fidan
Qlobal.net