photo_40679169
Yanvar ayından pensiyalar ARTIRILACAQ

"2026-cı ilə qədər Azərbaycanda pensiyaların artırılması prioritet məsələlərdən biridir. 2022-ci ildəki orta aylıq əmək haqqındakı faiz dərəcəsinə uyğun olaraq, 2023-cü ilin yanvar ayında pensiya məbləğlərinin indeksiyası həyata keçiriləcək və pensiya məbləğlərində artım müşahidə olunacaq. Bu artımlar növbəti illərdə də davam edəcək”.


Bunu Publika.az-a açıqlayan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda göstərilən məsələ ilə bağlı müddəaları şərh edib.

Onun sözlərinə görə, sənəddə nəzərdə tutulan istiqamətlərdən biri də əhalinin sosial təminatının daha da gücləndirilməsi ilə bağlıdır: “Sosial sahə Strategiyada xüsusi olaraq diqqətdə saxlanılır. Buna uyğun olaraq, pensiya və əmək haqlarında artımın dövlət tərəfindən dəstəklənməsi, o cümlədən dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitlərin həcminin artırılması proqnozlaşdırılır. Ümumiyyətlə, hesab edirəm ki, qeyri-neft sektorunun güclənməsi və ixrac imkanlarının artırılması ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Bu da nəticə etibarilə sosial təminat üçün yeni maliyə bazasını formalaşdırır”.

27.07.2022 13:48
show 240