Hər evin öz ətri var. Kimdəsə ətir və ya qəhvə, digərlərində isə yemək və ya isti süd iyi gəlir.
Lakin elə mənzillər də var ki, oradan həmişə təravət və təmizlik iyi gəlir.
Bu zaman insan orada özünü çox rahat hiss edir, çünki havadan heç bir süni və ya xoşagəlməz iylər gəlmir. Ümumiyyətlə evdən təravətli iylər gəlməsi üçün bir çox üsullar təklif olunur.
Onlardan biri də qədim yunanlar və romalıların tətbiq etdiyi üsuldur. Onlar dəfnə yarpağını təkcə kulinariyada deyil, həm də otaqların təmizlənməsində, xoşagəlməz qoxulardan və rütubətdən xilas olmaq məqsədi ilə istifadə edib. Bunun üçün dəfnə yarpaqlarına adi kibrit çöpü ilə sadəcə, yandırmaq lazımdır. Yeri gəlmişkən, əgər belə bir proseduru tez-tez təkrarlasanız, nəinki pis iylərdən xilas olacaq, həm səhhəti yaxşılaşdırmaq, həm də bəzi xəstəliklərin qarşısını almaq olar. Sübut olunub ki, dəfnə ağacı yarpağının qoxusu orqanizminə sakitləşdirici və ağrıkəsici təsir göstərir.
Dəfnə yarpağı epilepsiya tutmalarını, stress, yorğunluğun qarşısını almağa və yuxusuzluğu aradan qaldırmağa qadirdir. Bu onunla əlaqədardır ki, bu yarpaqdakı sineol maddəsində spesifik efir yağları var və o, nəfəs yollarını təmizləyərək bütün orqanizmin rahatlaşmasına xidmət edir.
Dəfnə yarpaqlarını yandırdıqdan cəmi 10 dəqiqə sonra öz təsirini göstərir. Bir müddət sonra otağı xoş qoxular bürüyəcək və siz özünüzü daha komfortlu hiss edəcəksiniz.
Yeri gəlmişkən, dəfnə yarpağı uğur, qələbə və təmizlik rəmzi sayılır. Bitkinin qəribə və magik xassələri hələ qədimdə müəyyən olunub. Dəfnə yarpağı ilə arzuların reallaşması üçün müxtəlif ayinlər keçirilib. Məsələn, indiyədək bəzi xalqlar giriş qapılarının yaxınlığına qoruyucu kimi bir neçə dəfnə budağı saxlayır. Necə deyərlər "Yatmış daşın altında su axmır", ona görə də tənbəllik etməyin və bu ədviyyatın köməyi ilə öz istəklərinizi yerinə yetirməyə çalışın.
Arzularınızı dəfnə yarpağına yazın və ona od vurun. Əgər siz pozitivliyi sona qədər qoruyub saxlasınız, istəkləriniz mütləq yerinə yetəcək. Unutmayın ki, fikrin gücü möcüzələr yaradır, onun sehrinə inanın və sizin bütün arzularınız çin olacaq.
Bundan əlavə, dəfnə yarpaqları tarakanlarla mübarizədə olduqca səmərəlidir. Onların qoxusu tarakanları ürküdür. Üstəlik, belə bir vasitə həm ev heyvanları, həm də sizin övladlarınız üçün tamamilə təhlükəsizdir. Siz onları quru və ya təzə halda otaqların künclərinə qoya bilərsiniz. Amma daha yaxşı effekt üçün quru istifadə edin, çünki onların iyi daha kəskindir.
Ümumiyyətlə, dəfnə yarpağının faydalı xassələrini sayıb bitirmək çox çətindir. O, kulinariyada, müalicəvi məqsədlərlə, məişətdə və digər sahələrdə tətbiq edilir. Buna görə də ev üçün bu nadir ədviyyatı mütləq almaq lazımdır! (milli.az)