zəlzələ
Ya bu gün, ya sabah zəlzələ olacaq deyirlər...

"Ya bu gün, ya sabah zəlzələ olacaq" deyə məlumat verirlər. Bunların heç birinin elmi əsası, həmçinin informasiya mahiyyəti yoxdur.

Qlobal.net axar.az-a istinadən bildirir ki, bu sözləri geofizika üzrə türkiyəli professor Övgün Əhməd Ərcan İstanbulda mümkün dağıdıcı zəlzələ ilə bağlı iddiaları şərh edərkən deyib.

Professor bu kimi məlumatlarla cəmiyyəti qorxu altında saxlamağın düzgün olmadığını qeyd edib.

Bununla bərabər, Əhməd Ərcan İstanbulda 2045-ci ildən sonra güclü zəlzələ olacağını istisna etməyib.

30.04.2024 10:42
show 2285