Xurmanı belə yeməyin

Xurmanı belə yeməyin: ciddi təhlükə yaradır

Xurmanı yeməzdən əvvəl yumaq sağlamlığınızı qorumaq üçün sadə, lakin təsirli bir tədbirdir. 

 

Qlobal.net bildirir ki , xurmanı yumaq onda olan toz, kir, zərərverici qalıqları, kimyəvi maddələr və mikroorqanizmlər kimi arzuolunmaz elementlərin çıxarılmasını təmin edir.

 

Xurma təbii meyvə olsa da, məhsul yığımından istehlakçıya çatana qədər bir çox mərhələdən keçir. Xurmanı yeməkdən əvvəl yumaq sağlamlıq üçün faydalı ola bilər, çünki bu proseslər zamanı müxtəlif xarici amillərə məruz qalırlar.

 

Xurmaları Niyə Yumalıyıq?

 

1)Toz Və Kir Qalıqlarından Təmizləmək Üçün:

Xurma adətən ağacdan toplandıqdan sonra açıq havada qurudulur. Qurutma prosesində külək, toz və qum kimi xarici faktorlar xurmaya yapışa bilər. Qablaşdırma və daşınma prosesləri zamanı ətraf mühitin çirklənməsinə və toza məruz qala bilər.

 

2)Qurd Və Həşəratlardan Təmizləmək Üçün:

Xurma təbii məhsul olduğu üçün toplama və saxlama prosesində kiçik həşəratlar, milçəklər və ya onların yumurtaları ilə təmasda ola bilər. Xüsusilə təbii xurmalarda belə hallar daha çox ola bilər.

 

3)Qoruyucu Və Parıldadıcı Maddələrdən Təmizləmək Üçün:

Bəzi qablaşdırılmış xurma daha parlaq görünməsi və uzun müddət xarab olmaması üçün qeyri-təbii üsullarla işlənmiş ola bilər. İstehsalçılar xurmanın görünüşünü yaxşılaşdırmaq üçün qlükoza siropu və ya qeyri-təbii yağlardan istifadə edə bilərlər. Bu cür əlavələrin mədə narahatlığına və ya allergik reaksiyalara səbəb ola biləcəyi ehtimalı var.

 

4)Göbələk Və Kif Qalıqlarından Təmizləmək Üçün:

Xurma nəmli mühitlərdə asanlıqla kif və küf əmələ gətirir. Görünüşdə təmiz görünsə də, səthində nəzərə çarpmayan mikroorqanizmlər ola bilər. Xüsusilə uzun müddət saxlanılan xurmalarda kif riski daha yüksəkdir.

 

Xurmanı bir neçə dəfə bol su ilə yaxalayaraq toz və kirdən təmizləyə bilərsiniz. Daha effektiv təmizləmə üçün sirkəli suda bir neçə dəqiqə islatmaq yaxşı seçim ola bilər. (1 litr suya 1 xörək qaşığı sirkə əlavə etmək olar.) Yuyulduqdan sonra yaxşıca süzülüb qurudulmalıdır, əks halda nəm qalan xurma tez xarab ola bilər.

 

Səbinə

Qlobal.net

 

06.03.2025 21:20
show 28