Tərkibində yağ turşuları, zülallar, lif və fenolik birləşmələr olan xurma
tumu son illərdə antioksidan xüsusiyyətləri ilə ön plana çıxıb.
Qlobal.net bildirir ki, qəhvə alternativi olaraq üyüdülərək istehlak edilə bilər.
Xurma tumu İmmunitet sistemini dəstəkləmək, həzmi yaxşılaşdırmaq və qan şəkərini
balanslaşdırmaq kimi xüsusiyyətlərə malikdir.
1)Hüceyrə zədələnməsinin qarşısını alır.
Xurma tumu fenolik birləşmələr və flavonoidlərlə zəngin qidadır. Bu birləşmələr
sərbəst radikalları neytrallaşdırmaqla oksidləşdirici stressi azalda bilər.
Hüceyrə zədələnməsinin qarşısını almağa kömək edir.
2)Həzmi və bağırsaq hərəkətlərini tənzimləyir.
Yüksək miqdarda pəhriz lifi ehtiva edən xurma tumu bağırsaq sağlamlığını
qoruya bilər. Həzm sisteminin tənzimlənməsinə kömək edə bilər. Qəbizlik kimi
bağırsaqla bağlı problemlərin qarşısını almağa kömək edə bilər. Bağırsaqları
rahatlaşdırmaq xurma tumlarının faydaları arasındadır.
3)Qan şəkərini balanslaşdırır.
Xurma tumu tərkibindəki lif və aşağı glisemik indeksi sayəsində karbohidratın
udulmasını ləngidə bilir. Bədənin glisemik indeksini azaltmağa kömək etdiyi
üçün qan şəkərinin tarazlaşdırılmasını sürətləndirir. Yüksək və aşağı qan şəkərini
balanslaşdıra bilir.
4)İmmunitet sistemini gücləndirir.
Xurmanın tumu antioksidantlarla və təbii antibakterial birləşmələrlə zəngindir.
Bu xüsusiyyəti ilə immunitet hüceyrələrinin funksiyasını optimallaşdıra bilər.
Bədəni infeksiya və xəstəliklərə qarşı gücləndirə bilər.
5)Sümük quruluşunu gücləndirir.
Xurma tumunun strukturunda kalsium, fosfor və maqnezium mineralları var. Bu
minerallar sümük sıxlığını artıra bilər. Sümüklərin və əzələlərin gücləndirilməsində
təsirli nəticələr verə bilər.
6)Böyrək və qaraciyər funksiyalarını tənzimləyir.
Xurma tumunun antioksidan xüsusiyyətləri böyrək və qaraciyər toxumalarını sərbəst
radikalların zərərli təsirlərindən qorumağa kömək edir. Orqanların işini dəstəkləyə
və onların zədələnməsinin qarşısını ala bilər.
7)Saç köklərini qidalandırır.
Xurma tumu və bu tumdan alınan yağ E vitamini ehtiva edir. Vitamin E
saçların sağlam uzanmasına kömək edir. Saçları qidalandıraraq saç tökülməsi və
qırılma problemlərinin qarşısını ala bilər.
8)Dərinin sağlamlığı üçün yaxşıdır.
Tərkibində antioksidantlar və təbii nəmləndirici birləşmələr olan xurma
tumu dərini qidalandırmağa kömək edir. Dərinin nəm balansını qoruyur və
qocalmanın təsirlərini gecikdirə bilər.
9)Maddələr mübadiləsini sürətləndirir.
Xurma tumu tərkibindəki zülallar və enerji verən komponentlər orqanizmin
ehtiyac duyduğu enerjinin bir hissəsini qarşılaya bilir. Metabolik fəaliyyətləri
tənzimləməyə kömək edir.
Səbinə
Qlobal.net