Xurma ilə hazırlanan ləzzət

Xurma ilə hazırlanan 5 möhtəşəm ləzzət

Şirin istəklərinizə sağlam və qidalı bir həll və ya sahura hazırlamağa şirniyyat axtarırısınızsa xurma sizin üçündür! 

 

Qlobal.net bildirir ki, təbii şəkər tərkibi ilə enerji toplarından südlü desertlərə qədər bir çox reseptdə istifadə edilə bilər.

 

1)Xurmalı Enerji Topları:

Xurmanı 10 dəqiqə qaynar suda isladın və toxumlarını çıxarın. Bütün inqrediyentləri rondoya qoyun və qarışdırın. Yaranan qarışıqdan kiçik toplar düzəldin və onları kokos və ya kakaoda fırladın. Soyuducuda 15-20 dəqiqə dincəldin və servis edin.

 

2)Xurmalı Südlü Pudinq:

Xurmanı doğrayın və südlə qaynadın. Süd qaynayanda irmik əlavə edin və qatılaşana qədər qarışdıraraq bişirin. Ocaqdan aldıqdan sonra bal və darçın əlavə edib qarışdırın. Kasalara bölün və soyuduqdan sonra xidmət edin.

 

3)Xurmalı Piroq:

Xurmanı qaynar suda isladın, toxumlarını çıxarın və püre halına salın. Yumurtaları döyün, üzərinə süd, yağ və xurma püresi əlavə edin. Un, qabartma tozu və darçın əlavə edib qarışdırın. Qarışığı tort qəlibinə töküb 180°C-də 30-35 dəqiqə bişirin.

 

4)Xurmalı Bananlı Smoothie:

Xurmadan toxumları çıxarın və bütün inqrediyentləri qarışdırıcıya qoyun. Hamarlanana qədər qarışdırın. Bir stəkanda süfrəyə verib, üzərinə darçın səpə bilərsiniz.

 

5)Xurmalı Şokoladlı Şirniyyat:

Xurmanın toxumlarını çıxarın və fıstıq əzməsi ilə doldurun. Qara şokoladı əridin. Xurmanı ərinmiş şokoladın içinə batırın və yağlı kağızın üzərinə qoyun. Soyuducuda 15-20 dəqiqə saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

 

Səbinə

Qlobal.net

06.03.2025 09:55
show 32