Müğənni Xuraman Şuşalı qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Qlobal.net xəbər verir ki, o bir çox aparıcıları bəzi müğənnilərlə əlbir olmaqda günahlandırıb.
"Həmin müğənnilər bəzi aparıcılara aylıq 1500 manat ödəniş edirlər ki, həftəboyu verilişdə onun adını hallandırsınlar. Bu məsələni araşdırmışam. Aparıcı da qonaqlara o ifaçılar barədə suallar verir və bununla da onları gündəmdə saxlayırlar. Yeri olmasa da, o xanım müğənninin adını çəkir, müzakirə mövzu edir".