29.06.2022
22:08
325

Xumar Qədimova: “Onun ayağının altından öpərdim”

“Mən Mirzə Ələkbər Sabiri oxuyanda deyirəm ki, o sağ olsa idi, ayağının altından öpərdim…"

 

Qlobal.net xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova deyib.

 

“Zaurla günaydın” proqramında qonaq olan ifaçı dahilərdən danışıb:

 

“Dahinin də dahiyanəsini seçirik. Çünki ola bilər ki dahidir, amma çox bəsit yazı yazsın. Deyirsən ki, biz buna aşiq olmuşuq? Eləsi var. Məsələn, mən Mirzə Ələkbər Sabiri oxuyanda deyirəm ki, o sağ olsa idi, ayağının altından öpərdim. Öpərdim ayağının altından. Amma nə yaxşı ki, sağ deyil. İndi də elə yaşayanlar var ki, biz onun sənətinə aşiqik. Mühit zamanə elə dəyişib ki, aşiq olduğun dahi haqqında deyirsən "Nə yaxşı o insan yoxdur həyatda...".